Milli Məclisin Səhiyyə, Ailə, Əmək və Sosial Məsələlər Komissiyasında tibb sahəsində ixtisaslaşma xidmətinin yaradılması haqqında qanun layihəsi təsdiq edilib.
Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, qanun lahiyəsi əcnəbi həkimlərin müəyyən şərtlərlə ölkədə leqal işləmək imkanlarını da nəzərdə tutur.
Layihə ölkədə bir sıra tibb müəssisələrinin narazılığına səbəb olub. Bu müəssisələr parlament tərəfindən qanun layihəsinin təsdiqlənməsini düzgün hesab etmir. Belə ki, bu, bir sıra ölkələrdən əcnəbi həkimlərin Türkiyədə öz ixtisasları üzrə işləməsinə yol açır.