...

AB Ermənistanın ən böyük iqtisadi tərəfdaşı olaraq qalmaqdadır

Dünya xəbərləri Materials 31 Oktyabr 2006 15:57 (UTC +04:00)

Avropa Birliyi /AB/ Ermənistanın ən böyük iqtisadi tərəfdaşı olaraq qalmaqdadır. Bu barədə bu gün Ermənistanın ticarət və iqtisadi inkişaf naziri Karen Çşmarityan oktyabrın 25-də Brüsseldə keçirilmiş Ermənistan-AB əməkdaşlığı Komitəsinin 7-ci toplantısının yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edərkən bildirib.

Mediamaks agentliyinin verdiyi xəbərə görə, nazir qeyd edib ki, Ermənistanın bütün əmtəə dövriyyəsinin 36.9%-i AB-nin payına düşür. Cari ilin 8 ayı ərzində erməni ixracının 50.8%-i Avropa Birliyinin payına düşüb. AB ölkələri Ermənistana sərmayə qoyuluşu həcminə görə də liderdirlər.

Ticarət və iqtisadi inkişaf naziri bildirib ki, AB tərəfindən Ermənistana bazar iqtisadiyyatı olan ölkə statusunun verilməsinin gecikdirilməsi tam texniki xarakter daşıyır.

Karen Çşmarityan bildirib ki, Ermənistan-AB əməkdaşlığı Komitəsinin toplantısında qanunvericilik islahatları, korrupsiya ilə mübarizə, demokratiya və insan haqları, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Ermənistan-Türkiyə münasibətləri və s. ilə bağlı məsələlərə toxunulub. Nazir vurğulayıb ki, erməni tərəfi növbəti dəfə hər hansı ilkin şərt olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazır olduğunu təsdiq edib. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti