...

Panama BMT TŞ-nin müvəqqəti üzvlüyünə namizəd qismində rəsmi surətdə təsdiq olunub

Dünya xəbərləri Materials 4 Noyabr 2006 13:23 (UTC +04:00)

Panama rəsmi surətdə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə namizəd qismində təsdiq olunub. Bu qərar Latın Amerikası regionu və Karib hövzəsi ölkələri qrupunun iclasında qəbul olunub. Belə ki, Panama region qrupundan Venesuela və Qvatemalanın onun leyhinə öz namizədliyini geri götürməsindən sonra kompromis namizəd olub. Panamanın namizədliyinə səsvermə BMT-nin Ümumi Assambleyasında 7 noyabrda keçiriləcək. Bu haqda (C) Assosiated Press bildirib.

Trend RBK-ya istinadən xəbər verir ki, BMT-nin Təhlükəsizlik Şurasına 15 üzv daxildir: veto hüququna malik 5 daimi (Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransa) və iki il müddətinə regional prinsipə əsasən seçilən on müvəqqəti üzv. 16 oktyabr 2006-cı ildə BMT-nin TŞ-yə CAR, İndoneziya, İtaliya, Belçika yeni müvəqqəti üzv seçilib, Latın Amerikasını və Karib Hövzəsini təmsil edən nə Qvatemalaya , nə də Venesuelaya BMT-nin Ümumi Assambleyasının 192 üzvünün səslərinin üçdə ikisini toplamaq qismət olmayıb. Onların namizədliyinə səsvermə cəmi 47 raundda keçirilib. BMT TŞ-yə yeni üzv seçilməsinə cəhdlərin rekordu 1979-cu ildə qoyulub. O zaman Kubanın və ya Kolumbiyanın bu yeri əldə etməsi üçün 154 dəfə səs verməli olublar. Nəticədə 155-ci səsvermədə kompromis namizəd Meksika seçilib.

Xəbər lenti

Xəbər lenti