Türkiyə Quranı öyrənmək üçün 5 minə yaxın kurs hazırlayıb
Türkiyənin dini məsələlər üzrə idarəsinin rəhbəri professor Əli Bardakoğlu Respublika Xalq partiyasından olan müxalifətçi Mustafa Qəzəlçinin parlamentdəki sorğusuna cavab olaraq Böyük Millət Məclisinə "Ölkədəki dini vəziyyət haqqında" arayış göndərib.
Trend -in Ankaradakı xüsusi müxbiri bildirir ki, Türkiyənin oktyabr ayında başlayan yeni dərs ili üçün Quranı tədris edən 4 min 950 kursun işə başlayacağı haqqında sənəd Dövlət naziri Mehmet Aydın tərəfindən elan edilib.
Bununla yanaşı yay tətili ərzində ikiaylıq kurslar da nəzərə alınmaqla 2006-cı ildə bu rəqəm 58 min 500 -ə çatıb.
Dövlət naziri M.Aydının dediyinə görə, göstərilən kurslar Türkiyə Təhsil Nazirliyinin icazəsi ilə təşkil olunub.