...

NATO baş katibi AB-ni təhlükəsizlik məsələləri üzrə qarşıdurmanı dayandırmağa çağırıb

Dünya xəbərləri Materials 7 Noyabr 2006 10:40 (UTC +04:00)

NATO baş katibi Yaap de Hoop Sxeffer AB-ni təhlükəsizlik məsələləri üzrə qarşıdurmanı dayandırmağa çağırıb. "Biz NATO və AB arasında yaranmış çıxılmaz vəziyyətdən çıxmalıyıq", - deyə o, Brüsseldəki mətbuat konfransında bildirib. "NATO və Avropa Birliyi gözəllik müsabiqəsi təşkil etməməli, bir yerdə təhlükəsizliyi təmin etməlidirlər", - deyə baş katib əlavə edib.

Trend RBK-ya istinadən xəbər verir ki, o, həmçinin Sudanın Darfur əyalətində və Əfqanıstandakı əməliyyatlar zamanı yol verilən səhvləri yada salıb. Onun fikrincə, bu səhvlərin başlıca səbəbi NATO və AB arasında qarşıdurmanın səbəb olduğu qüvvələr arasında əlaqənin çatışmaması olub. Bu barədə (c) Reuters xəbər verir.

Xəbər lenti

Xəbər lenti