...

AB Rusiyanı Gürcüstanla qazın qiymətinə dair məsləhətləşmələr aparmağa çağırıb

Dünya xəbərləri Materials 7 Noyabr 2006 12:48 (UTC +04:00)

AB Rusiyanı Gürcüstanla qazın qiymətinə dair məsləhətləşmələr aparmağa çağırıb. Bu barədə Avropa komissiyasının mətbuat katibi Emma Qudvin bəyan edib. O qeyd edib ki, Avropa komissiyası bütövlükdə enerji ehtiyatlarında bazar qiymətlərinə keçidi dəstəkləyir. Bu barədə Reuters-ə istinadən İA REGNUM xəbər verir.

Trend xəbər verir ki, əvvəl "Qazprom" bildirib ki, Gürcüstan üçün qazın min kubmetrinin qiymətini 110 ABŞ dollarından 230 ABŞ dollarına qədər qaldırmaq niyyətindədir. Bununla yanaşı, gürcü tərəfi fəal şəkildə Rusiya qazının alternativini axtarmağa başlayıb. O cümlədən, Tbilisi bu məsələ üzrə Azərbaycan və İranla danışıqlar aparmağa başlayıb.

Xəbər lenti

Xəbər lenti