Noyabrın 10-da Gürcüstanın Tarix və elm cəmiyyəti ölkədə ikinci dəfə Elm gününü qeyd edəcək. Bu barədə Trend in xüsusi müxbiri xəbər verir.
Bioaqrar elm, təbiət elmləri, texniki elmlər, eləcə də elm tarixi kimi istiqamətlər üzrə 2006-cı ilin ən yaxşı alimləri göstəriləcək. Həmçinin elmi sahədə baş verənlər haqqında yazan jurnalistlər də mükafatlandırılacaq.
Mükafat qismində "ilin alimi" titulunun sahibləri 1 min ABŞ dolları, ən yaxşı jurnalistlər isə - 500 ABŞ dolları alacaq.