...

Kuba lideri sağalır və işə qayıtmağa hazırlaşır

Dünya xəbərləri Materials 11 Noyabr 2006 11:39 (UTC +04:00)

Bu yaxınlarda bağırsağında ağır əməliyyat keçirən Kuba lideri Fidel Kastro sağalır və ölkə prezidenti vəzifəsinin icrasına qayıtmağa hazırlaşır. Bu barədə Kuba respublikası Milli assambleyasının başçısı Rikardo Alarkon de Kesada Havanada keçirilən mətbuat konfransında bildirib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

"Mənə məlum olduğu kimi, prezidentin səhhəti yaxşıdır, sağalma prosesi davam edir. O, öz reabilitasiya proqramının bütün bəndlərinə riayət edir", - deyə Kastronun ən yaxşı müşavirlərindən biri Alarkon jurnalistlərə bildirib.

"Əminəm ki, hər şey lazımi qaydada olacaq və o, tamamilə sağalacaq", - deyə o bildirib.

Kubada ümid edirlər ki, prezident dekabrın 2-si xalqın qarşısında ilk çıxışını edəcək. Ad günü xəstəliyi səbəbindən təxirə salındığından, həmin gün onun səksən illiyi qeyd olunacaq.

Eyni zamanda Alarkon güman edir ki, bunlar olmaya da bilər. "Hər şey onun əlindədir, lakin son söz həkimlərindir", - deyə o bildirib.

Kuba liderinin bağırsağında qanaxma olduğundan, o, 31 iyul 2006-cı il tarixində təcili cərrahiyyə əməliyyatını başqa vaxta keçirmişdi.

Xəbər lenti

Xəbər lenti