...

Bu gün ABŞ-ın Cənubi Qafqaz ölkələri üçün aldığı taxılın yüklənməsinə başlanacaq

Dünya xəbərləri Materials 15 Noyabr 2006 13:39 (UTC +04:00)

ABŞ-ın Mal-Kredit Korporasiyası (Commodity Credit Corporation və ya CCC) Azərbaycan, Gürcüstan və Ermənistan üçün 28 300 ton taxılın alınması barədə bəyan edib.

Trend in Tiflisdəki xüsusi müxbirinin məlumatına görə, bu gün taxılın yüklənməsinə başlanır və bu proses noyabrın 25-dək davam edəcək. ADM şirkəti Mal-Kredit Korporasiyasına Gürcüstan üçün 15 000 ton (1 ton - $214.94) Azərbaycan üçün 10 800 ton (1 ton - $214.94) Ermənistan üçün 2 500 ton (1 ton - $210.16) taxıl satıb. Mal-Kredit Korporasiyası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir.

CCC alınmaların maliyyələşdirilməsi, kreditləşdirilməsi və s. vasitəsilə kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım göstərmək üçün yaradılıb. ADM şirkəti (Archer Daniels Midland Corporation) ABŞ-da taxıl emalı və istehsalı üzrə aparıcı təşkilatlardan biridir.

Xəbər lenti

Xəbər lenti