Yaponiya və Çin Pxenyanın "nüvə problemi" üzrə altıtərəfli danışıqlar masasına qayıtmaq məqsədilə KXDR-ə təzyiq göstərməyə davam edəcəklər. Bu qərarı Yaponiyanın baş naziri Sindzo Abe və ÇXR sədri Xu Tszintao Xanoyedəki görüşdə qəbul ediblər. Həmin şəhərdə bu gün Asiya -Sakit okean iqtisadi əməkdaşlığına (ASİƏ) üzv olan ölkə rəhbərlərinin müşavirəsi açılır.
Trend in RBK-ya istinadən verdiyi xəbərə görə, S.Abe vurğulayıb ki, Yaponiya Pxenyan ötən yüzilliyin 70-ci və 80-ci illərində oğurlanmış yapon vətəndaşları haqqında daha tam informasiya verməyincə, Yaponiya KXDR-in üzərindən sanksiyaları götürmür. KXDR etiraf edir ki, oğurluq halı olub, lakin təsdiq edir ki, oğurlanan şəxslərin sayı 12-ni ötmür. (C) Associated Press agentliyinin verdiyi xəbərə görə, Yaponiya öz növbəsində əmindir ki, bu rəqəm çox azaldılıb.