NATO terrorla mübarizə və təbii sərvətlərin qorunması sahəsində öz fəaliyyətinin genişləndirilməsi üzrə yeni layihə qəbul etmək niyyətindədir. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.
(s) Reuters agentliyinin Britaniya KİV-nə istinadən verdiyi məlumata görə, bu layihəyə əsasən, NATO terroru və kütləvi qırğın silahlarının yayılması mümkünlüyünü əsas təhlükə hesab edir. Layihədə deyilir ki, blok eyni vaxtda bir neçə hərbi əməliyyat aparmağa hazır olmalıdır.
Layihənin gələn həftə, alyansa daxil olan ölkə başçılarının noyabrın 28-29-da Riqada (Latviya) keçiriləcək görüşündə qəbul olunacağı gözlənilir.