...

ATƏT-in xarici işlər nazirləri Qazaxıstanın 2009-cu ildə təşkilata sədrliyi haqqında ərizəni müzakirə edəcək

Dünya xəbərləri Materials 2 Dekabr 2006 14:11 (UTC +04:00)

Dekabrın 4-5-də Brüsseldə keçiriləcək ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 14-cü illik iclasında Qazaxıstanın 2009-cu ildə Təşkilata sədrlik haqqında ərizəsini müzakirə edəcək. Bu haqda bu gün QR XİN-nin rəsmi nümayəndəsi Erjan Aşikbayev ənənəvi mətbuat brifinqində məlumat verib.

Trend "Kazakhstan Today"-ə istinadən bildirir ki, diplomatın məlumatına görə, Qazaxıstan tərəfindən forumda xarici işlər naziri Kasımjomart Tokayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

E.Aşikbayeb deyib: "XİNŞ-nın iclası zamanı təşkilatın fəaliyyətinin üç əsas istiqaməti, ATƏT-in 2006-cı ildə gördüyü işlərin nəticəsi üzrə məsələlərin müzakirə olunması nəzərdə tutulur". O həmçinin qeyd edib ki, xarici siyasət orqanlarının rəhbərləri müasir dövrün əsas problemləri haqqında fikir mübadiləsi aparacaq, regional və beynəlxalq təhlükəsizliyi təmin etmək və dəstəkləmək üçün növbəti addımları müəyyənləşdirəcək.

Xəbər lenti

Xəbər lenti