...

Cənubi Koreyada "quş qripi" ilə mübarizə məqsədilə 23 min xüsusi ev quşu məhv edilib

Dünya xəbərləri Materials 23 Dekabr 2006 12:47 (UTC +04:00)

Cənubi Koreyada "quş qripi"nin yayılması ilə mübarizə proqramı çərçivəsində 23 min xüsusi ev quşunun məhv edilməsi başa çatıb. Bu barədə Koreya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi xəbər verib. RBK-ya istinadən Trend in verdiyi xəbərə görə, ev quşlarının məhv edilməsi Seuldan 90 km cənubda, Asan quş fermalarının birində həyata keçirilib.

Ölkənin Kənd Təssərrüfatı Nazirliyi nümayəndələrinin bəyanatına görə, quşlarda "quş qripinin" H5 virusu ştammı aşkar edilib. Eyni zamanda quşların insan üçün təhlükəli H5N1 virusuna yoluxub-yoluxmamaları dəqiq məlum deyil.

Assosiated Pressin verdiyi xəbərə görə, 2006-cı ilin noyabrından başlayaraq Cənubi Koreyada "quş qripi" ilə mübarizə məqsədilə 1 mln.-dan çox xüsusi ev quşu məhv edilib.

Xəbər lenti

Xəbər lenti