...

İndoneziyada daşqın və sürüşmələr 130 nəfərdən çox insanın həyatına son qoyub

Dünya xəbərləri Materials 26 Dekabr 2006 16:33 (UTC +04:00)

Xilasedicilər 19 həlak olan şəxsin cəsədlərini bazar ertəsi İndoneziyanın Şimali Sumatra əyalətində sürüşmə yerində aşkar ediblər. Mandailin -Natal dağ kəndinin altı sakini itkin düşüb. Bu barədə bu gün Antara milli agentliyi xəbər verib.

Faciəyə səbəb bir neçə gün davam edən tropik leysanlar olub. Dekabrın 15-də 19 nəfər Qərbi Sumatra əyalətində sürüşmə altında qalıb. Ötən istirahət günləri bu və qonşu Açex əyalətində 97 batmış şəxsin cəsədləri aşkar olunub. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Bütövlükdə 135 nəfər Sumatra adasında son on illik ərzində ən güclü daşqının qurbanı olub. Təxminən 170 min nəfər evsiz qalıb və qaçqın olub. Hökümət orqanları ehtiyat edirlər ki, qurbanların real sayı olduqca çoxdur.

Dağıntıların yığılması və çadır düşərgələrinin quraşdırılması üçün dəniz piyadaları cəlb olunub. Hərbi təyyarələr Açexdə fəlakət rayonuna ilk 20 ton ərzaq və içməli su göndərməyə başlayıblar. BMT zərər çəkənlərə 2 mln. dollar məbləğində humanitar yardım ayıracağına söz verib.

Xəbər lenti

Xəbər lenti