...

Axmetovun hökuməti istefaya getdi, baş nazir postuna namizədlər kimi Məsimovun, Caksıbəyovun və Musinin adları çəkilir

Dünya xəbərləri Materials 8 Yanvar 2007 18:53 (UTC +04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bazar ertəsi baş nazir Danial Axmetovun başçılıq etdiyi hökumətin istefasını qəbul edib.

"İnterfaks-Qazaxıstan"a istinadən Trend bildirir ki, dövlət başçısının müvafiq qərarının mətnini mətbuat xidməti yayıb.

Sənddə deyilir: "Qazaxıstan Respublikası Konstitusiyasının 70-cm maddəsinə müvafiq olaraq qərara alıram: İstefa barədə verdiyi ərizə ilə əlaqədar Qazaxıstan Respublikası baş naziri Danial Axmetovun istefası qəbul edilsin".

Lakin hazırkı hökumət heyətinə yeni tərkib təsdiqlənəcən öz səlahiyyətlərini icra etmək tapşırılıb.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilir ki, yeni hökumətin formalaşdırılması məqsədilə N.Nazarbayev "Nur Otan" partiyası rəhbərliyi ilə məsləhətləşmə aparıb.

Məlumdur ki, N.Nazarbayev "Nur Otan" partiyasının lideridir, lakin ölkə prezidenti səlahiyyətlərini icra etdiyi müddət dövründə partiya funksiyalarını öz müavinlərinə həvalə edib.

Xəbər lenti

Xəbər lenti