Fransa 2008-ci ilin sonunadək ABŞ-ı İraqdan qoşunlarını çıxarmağa çağırıb.
Fransanın XİN başçısı Dust-Blazinin sözlərinə görə, çıxarılmanın qəti müddətinin müəyyən olunması - iraqlıları ölkədə təhlükəsizliyin təmin olunmasını tamamilə öz üzərlərinə götürməyə inandırmaq üçün yeganə imkandır.
Bağdadın mərkəzində üsyançılar və hökümət qoşunları arasında qızğın toqquşmanın olduğu bildirilib. Amerika bölmələrinin də iştirak etdiyi döyüş sünni hərbçilərinin ordu blokpostuna hücum etməsindən sonra qızışıb. Tərəflərin itkiləri barədə məlumat verilmir. Bu barədə Trend svobodanews.ru saytına istinadən xəbər verir.
Ehtimal olunur ki, sabah ABŞ prezidenti Corc Buş İraqda yeni Amerika strategiyasının təfsilatlarını açıqlayacaq.