...

Somali qoşunları islam hərbçilərinin son istinad məntəqəsini geri alıblar

Dünya xəbərləri Materials 13 Yanvar 2007 12:42 (UTC +04:00)

Efiopiya hərbi qüvvələrinin dəstəyi ilə Somalinin hökümət qoşunları bir neçə həftə davam edən döyüşdən sonra islam hərbçilərinin son istinadgahını tutublar. Bu barədə Reyter agentliyi xəbər verir.

"Hökümət qoşunları səhərdən davam edən şiddətli döyüşdən sonra dünən axşam Somalinin cənubunda Ras Kambonidə hərbçilərin son istinad məntəqəsini tutublar", - deyə Somalinin müvəqqəti keçid hökümətinin mətbuat katibi Abdirahman Dinari məlumat verib.

Geniya ilə sərhəddə yerləşən Ras Kambonidə üsyançıların istinadgahını tutduqdan sonra bir çox hərbçilər məhv edilib, onlardan bəziləri qaçıb və meşədə gizlənə bilib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti