...

Dünya Bankı: Miqrantların pulu Mərkəzi Asiya və Şərqi Avropanın yoxsul ölkələrəninin ÜDM-nə böyük əmanət gətirəcək

Dünya xəbərləri Materials 16 Yanvar 2007 18:46 (UTC +04:00)

Mərkəzi Asiyanın və Şərqi Avropanın bir çox yoxsul ölkələri üçün miqrantlardan daxil olan pullar son 15 ilərzində siyasi və iqtisadi sarsıntılardan müdafiə edən amortizator olan iri xarici gəlir mənbəyidir. Bu nəticələr Dünya Bankının "Miqrasiya və ölkə sərhəddlərindən kənarda işləyən vətəndaşlardan şərqi Avropa və keçmiş Sovet İttifaqı ölkələrinə daxil olan pullar" hesabatında əks olunub.

Miqrantların pul köçürmələrində ÜDM-nin 20%-dən çoxu Moldaviya, Bosniya və Hersoqovinanın, 10%dən çoxu Albaniya, Ermənistan və Tacikistanın payına düşür. Hesabatda məlumat verilir.

Miqrantlar qəbul edən ölkələrin ilk onluğunda Rusiya ABŞdan sonra ikinci yeri tutur. Onun ardınca Almaniya, Ukrayna və Fransa gəlir. Hindistan, Səudiyyə Ərəbistanı, Avstraliya, Qazaxıstan və Polşa bunlardan sonradır. Bu barədə Trend RBK-a istinadən xəbər verir.

Rusiya miqrantları keçmiş Sovet İttifaqı ölkələrindən, əsasən isə Qafqaz bölgəsi və Mərkəzi Asiya ölkələrindən cəlb edir və eyni zamanda Mərkəzi Asiyanın az təmin olunmuş işçiləri zəngin sərvətləri olan Qazaxıstana miqrasiya edir.

Dünya Bankının mütəxəssisləri hesab edirlər ki, Mərkəzi Asiya və Avropa bölgələrində keçid iqtisadiyyatı ölkələrinə daxili miqrasiya miqyaslı xarakter alıb. Onların fikrincə, gənclər arasında miqrasiya sonralar da bölgə ərazilərinin böyük hissəsində doğum sayının azalması nəticəsində işçi qüvvəsinə tələbin böyüməsi ölçüsünə görə artacaq.

Xəbər lenti

Xəbər lenti