...

İran Sinqapurla qarşılıqlı əlaqələrin genişlənməsində maraqlıdır

Dünya xəbərləri Materials 16 Yanvar 2007 19:06 (UTC +04:00)

İslam respublikası Sinqapurla qarşılıqlı əlaqələrin hərtərəfli genişlənməsində maraqlıdır, bu barədə İran məclisinin sədri Qulam -ə li-xəddad-Adil Sinqapur parlament başçısı Abdulla Tarmuci ilə görüşündə deyib.

Parlamentin mətbuat xidmətindən İRNA-ya verdiyi xəbərə görə, Xəddad-Adillə Tərmucinin görüşündə iki ölkənin qarşılıqlı maraqlarına uyğun geniş çevrədə məsələlər müzakirə olunub. Həmçinin aktual bölgə və beynəlxalq problemlər barədə fikir mübadiləsi gedib.

İranın və Sinqapurun Qanunverici orqanların sədrləri Yaxın şərqdə, İraqda və Əfqanıstandakı vəziyyəti, həmçinin İranın nüvə məsələsi problemini müzakirə edib. Bu barə Trend xəbər verir.

Görüşdə qarşılıqlı əlaqələrin inkişafında irəliləyən xarakter qeyd olunub və həmçinin ikitərəfli əlaqələr və əməkdaşlığın genişləndlirilməsinə İranın və Sinqapurun xarici siyasətində prioritet istiqamətlərdə parlamentlərarası əlaqələrin də daxil olduğu vurğulanıb.

Xəbər lenti

Xəbər lenti