...

Xəzər boru kəməri Konsorsiumunun iştirakçıları kəmər sisteminin gücünün genişləndirilməsi şərtlərini razılaşdırıb

Dünya xəbərləri Materials 18 Yanvar 2007 18:07 (UTC +04:00)

Xəzər boru kəməri Konsorsiumu (XBK) iştirakçıları boru kəməri sisteminin 67 mln. tona qədər genişləndirilməsi şərtlərini demək olar ki, razılaşdırıblar. Bu barədə Trend in Astanadakı xüsusi müxbiri xəbər verir.

"Hazırda XBK-nın aksionerləri tərəfindən XBK genişləndirilməsi layihəsinin demək olar ki, bütün gerçəkləşmə şərtləri razılaşdırılıb, yalnız kiçik məsələlər qalıb ki, yaxın günlərdə biz onları işgüzar qaydada həll etməliyik"-deyə Energetika və mineral sərvətlər naziri Baktıkoja İzmuxambətov cümə axşamı idarənin respublikanın baş naziri Kərim Məsimovun iştirakı ilə keçirdiyi kollegiyasında söyləyib.

Xəbər verildiyi kimi, 2006-cı ilin aprelinin əvvəlində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Moskvaya səfərində XBK-nun gücünün 67 mln ton layihə gücünədək artırılması barədə saziş əldə olunub. Lakin son vaxtlar bu məsələ zəruri inkişafını tapmayıb. Rusiya höküməti layihənin maliyyələşməsinin iqtisadi sərfəliliyinə və layihənin gəlirliliyinə şübhə edib.

Xəbər lenti

Xəbər lenti