...

Əfqanıstanda ABŞ-ın yeni səfiri V.Vud təyin edilib

Dünya xəbərləri Materials 19 Yanvar 2007 15:27 (UTC +04:00)

"Reuters" xəbər verir ki, ABŞ prezidenti Əfqanıstanda yeni səfir postuna Vilyam Vudu təyin edib. Bu vəzifədə o, Kabuldakı diplomatik missiyaya 2005-ci il iyul ayında təyin olunmuş Ronald Nyumanı əvəz edəcək, R.Nyuman məlum olmayan səbəblər üzündən istefa verib.

Bu vaxta qədər V.Vud ABŞ-ın Kolumbiyada səfiri olub. "RBK"ya istinadən Trend xəbər verir ki, şərhçilər hesab edir ki, onun təyinatı Amerika diplomatik idarələrində yerdəyişmələr seyriyasını yekunlaşdıracaq.

Xatırladaq ki, 2007-ci ilin əvvəlində Ağ Ev elan edib ki, ABŞ-ın İraqdakı səfiri Zalmay Xalilzad BMT-də post alıb, onun yerini isə ABŞ-ın Pakistandakı indiki səfiri Rayan Kroker tutub. Bütün yeni təyinatlar Senat tərəfindən qəbul edilməlidir.

Xəbər lenti

Xəbər lenti