...

Venesuela prezidenti iri kommunikasiya şirkətini onun danışıqlarına qulaq asmaqda ittiham edib

Dünya xəbərləri Materials 20 Yanvar 2007 13:07 (UTC +04:00)

Venesuela prezidenti Uqo Çaves ölkənin iri kommunikasiya şirkətini ona qarşı casusluqda ittiham edib. Onun sözlərinə görə, ABŞ Veenesuelanın telekommunikasiya şirkətindən onun danışıqlarına quluq asmaqda istifadə edir. "Mən bu yaxınlarda Venesuela telekommunikasiya şirkətinin dövlət mülkiyyətinə qatıldığını elan etdim. Onları kim idarə edir? Amerika pulları. Və onlar Venesuela telefon şirkətindən Venesuela prezidentinin danışıqlarına qulaq asmaqda istifadə ediblər" -deyə U.Çaves, Rio-de-Janeyroda Mercosur ticarət blokuna daxil olan Cənubi Amerika ölkələrinin sammitində çıxış edərkən deyib. Öz nitqində U.Çaves 2 həftə əvvəl milliləşdirilən CA Nacional Telefonos de Ienezuela (CANTI) şirkətini nəzərdə tutub.

CANTI rəhbərliyi Venesuela prezidentinin casusluq ittihamlarını rədd edib. CANTI -nin ən iri aksioneri Amerikanın Ierizon Communications Inc. şirkətidir, bu barədə Associated Press xəbər verib.

Xəbər lenti

Xəbər lenti