...

Ukrayna HDQ NATO-nun "Fəal qüvvələr" antiterror əməliyyatında iştirak etməyə hazırdır

Dünya xəbərləri Materials 25 Yanvar 2007 19:29 (UTC +04:00)

Ukraynanın hərbi dəniz qüvvələri NATO-nun Aralıq dənizində "Fəal qüvvələr" antiterror əməliyyatında iştirak etməyə hazırdır.

Trend in Kiyevdəki xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə bu gün "Luçk" korvetinin göyərtəsində Ukraynanın müdafiə naziri Anatoli Qrişenko söyləyib.

Nazirin sözlərinə görə, sentyabrda əməliyyatlarda "Luçk" korveti, apreldə isə "Ternopil" korveti iştirak edəcək.

A. Qrişenko xatırladıb ki, ölkə prezidenti Ukraynanın "Fəal qüvvələr" əməliyyatında iştirakı barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti