...

ATƏT monitorinq qrupu Sxinvalidə baş vermiş insidentlə bağlı rəy təqdim edəcək

Dünya xəbərləri Materials 29 Yanvar 2007 12:54 (UTC +04:00)

ATƏT monitorinq qrupu yanvarın 28-də Sxinvalidə baş vermiş insidentlə bağlı rəy təqdim edəcək.

İnsidentin detalları ATƏT nümayəndələrinin iştirakı ilə gürcü-osetin zonasında sülhün qorunması üzrə Qarışıq qüvvələr qərargahında bazar ertəsi müzakirə ediləcək.

"Pryam-Nuys" agentliyinə istinadən Trend xəbər verir ki, tanınmamış Cənubi Osetiya respublikası hakimiyət dairələri bildirir ki, yanvarın 28-də Sxinvalidə yerləşən milis postuna hücum təşkil edilib, nəticədə 3 milis əməkdaşı yaralanıb.

Xəbər lenti

Xəbər lenti