...

Əlcəzairdə silahlı qarşıdurmada 15 nəfər həlak olub

Dünya xəbərləri Materials 30 Yanvar 2007 20:22 (UTC +04:00)

Əlcəzairin şərqində hərbi birləşmələri və islam qruplaşmaları arasında baş verən qarşıdurmada beş hərbçi həlak olub, on silahlı məhv edilib.

Çərşənbə günü "Assoşeyted Press" agentliyinin yerli KİV-ə istinadən verdiyi məlumata əsasən, qarşıdurma dövlətin paytaxtından 520 km şərqdə, Ben-Fxalya yaşayış məntəqəsinin yaxınlığında baş verib. "RİA-Novosti"yə istinadən Trend məlumat verir ki, Əlcəzair hərbi qüvvələri döyüşdə vertolyot və quru qoşun bölmələrindən istifadə edib.

Bəzi məlumatlara əsasən, məhv edilmiş silahlılar "İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı"nın üzvləri olub. Bu təşkilat əvvəllər "Sələfit təbliğ və cihad qrup"u adlanıb.

Bu qruplaşmalar Əlcəzairdə kobud aksiyaları, onların arasında 2003-cü ildə 32 xarici turistin əsir alınması, həmçinin 2005-ci ilin iyununda Mavritaniya hərbi bazasına basqını ilə məşhurdur.

Xəbər lenti

Xəbər lenti