...

ATƏT müşahidəçiləri Türkmənistandakı seçkilərdə iştirak etməyəcək

Dünya xəbərləri Materials 2 Fevral 2007 11:41 (UTC +04:00)

Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilatının (ATƏT) müşahidəçiləri Türkmənistandakı sençkilərdə iştirak etməyəcək. "Assoşeyted Press"in verdiyi məlumata əsasən, ATƏT bunu hökumət tərəfindən təyin edilmiş seçkilərə təşkilatın bu müddət ərzində hazırlığa vaxtının çatmaması ilə izah edib.

"RBK"-yə istinadən Trend məlumat verir ki, bununla yanaşı ATƏT qeyd edib ki, qarşıdan gələn prezident seçkiləri Türkmənistanın tarixində bir namizəddən daha çox namizədin iştirak edəcəyi ilk seçki olacaq. Lakin bu, seçkilərdə namizədlər arasında real rəqabətin olması demək deyil.

Xatırladaq ki, öncə Türkmənistanın xarici işlər naziri Rəşid Mərədov Aşqabadda bir sıra beynəlxalq təşkilatlarla onlarla prezident seçkilərində iştirakla bağlı razılıq əldə etdiyi haqda məlumat verib. O, ATƏT nümayəndələrinin seçkilərin gedişini qismən izləyəcəyini söyləyib.

Türkmənistanda prezident seçkiləri 2007-ci ilin fevralın 11-də keçiriləcək. Türkmənistan siyasətçilərinin proqnozlarına əsasən, hazırda fəaliyyət göstərən prezident vəzifələrini icra edən Kurbankuli Berdımuxammedovun qələbəsi daha çox ehtimal olunur. Aşqabad ədalətli və demokratik seçkilərin keçiriləcəyinə vəd versə də, Türkənistanda bu günə qədər keçirilmiş seçkilərin azadlığını tanımayan dünya ictimaiyyəti bu vədə şübhə ilə yanaşıb.

2006-cı ilin dekabr ayının 21-də 1990-cı ildə ölkə prezidenti postuna seçilmiş Saparmurat Niyazov vəfat edib. Türkmənistanın Xalq Şurası S. Niyazovun ömürlük prezidentliyi haqqında qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti