...

Qazaxıstan XİN strukturunda ölkənin imicinin formalaşdırılması ilə məşğul olacaq komitə yaradılıb

Dünya xəbərləri Materials 13 Fevral 2007 16:05 (UTC +04:00)

Qazaxıstan Xarici İşlər Nazirliyində beynəlxalq informasiya komitəsi yaradılıb. XİN mətbuat xidmətinin rəhbəri İlyas Ömərov bildirib ki, bu komitə respbulikanın müsbət imicinin formalaşdırılması məsələləri ilə məşğul olacaq.

İ.Ömərov bazar ertəsi Astanada keçirilən brifinqdə qeyd edib: "Lap yaxınlarda beynəlxalq informasiya komitəsi fəaliyyətə başlayacaq. Bu komitədə iki bölmə işləyəcək - beynəlxalq informasiya idarəsi və beynəlxalq imic idarəsi".

"İnterfaks-Qazaxıstan" agentliyinə istinadən Trend xəbər verir ki, İ.Ömərov əlavə edib: "Komitə informasiyanın işlənməsi və imicin formalaşdırılması məsələləri ilə məşğul olacaq. Mən hesab edirəm ki, bu, beynəlxalq təcrübədir. Hər bir ölkədə, xüsusən ABŞ-da, Rusiyada bu problemlə məşğul olan struktur mövcuddur".

Beynəlxalq İnformasiya Komitəsinin sədri vəzifəsinə 41 yaşlı Birjan Kaneşyev təyin edilib.

Xəbər lenti

Xəbər lenti