...

Ankarada su çatışmazlığı var

Dünya xəbərləri Materials 16 Fevral 2007 13:58 (UTC +04:00)

Ankarada su çatışmazlığı var. Bu barədə Ankara şəhərinin meri Melih Göyçəy məlumat verib. Merin məlumatına görə, növbəti üç ildə Türkiyə paytaxtında su çatışmazlığı hiss olunacaq. Bununla bağlı gələn 8 ay ərzində bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır.

Trend in Ankaradakı xüsusi müxbiri xəbər verir ki, o cümlədən Ankaranın yaxın 15 il ərzində su ilə təmin olunması üçün nəzərdə tutulmuş 250 milyon dollar məbləğində yeni su anbarlarının tikintisi layihələri nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti