...

Suriya prezidenti Tehranda bölgədəki vəziyyəti müzakirə edəcək

Dünya xəbərləri Materials 17 Fevral 2007 12:36 (UTC +04:00)

Suriya prezidenti Başar Əsəd şənbə günü İran paytaxtına ikigünlük rəsmi səfər edəcək. İran televiziyasının verdiyi xəbərə görə, Əsəd ikitərəfli münasibətlərin bütün kompleksini, İraq, Livan və Fələstindəki vəziyyəti İran rəhbərliyi ilə müzakirə edəcək. Tərəflərin ticari-iqtisadi sahədə bir sıra sazişlər imzalayacağı ehtimal olunur.

Bu artıq prezident Başar Əsədin 2000-ci ildə Suriyada hakimiyyətə gəlişindən sonra İrana beşinci səfəridir. Sonuncu dəfə Suriya lideri İranda 2005-ci ilin avqust ayında olub. Bu barədə Trend www.rian.ru saytına istinadən xəbər verir.

O, İranın yeni prezidenti Mahmud Əhmədinejadın and içmə mərasimindən sonra Tehrana səfər edən ilk xarici lider olub.

Xəbər lenti

Xəbər lenti