...

Qazaxıstan sərhədçiləri Xəzərdə icazəsiz ovla məşğul olmaq istəyən Azərbaycan və Özbəkistan vətəndaşlarını yaxalayıblar

Dünya xəbərləri Materials 14 Mart 2007 13:00 (UTC +04:00)

İnterfaks-Qazaxıstanın məlumatına görə, "Qaracanbas" sərhəd dəstəsinin qarovul hissəsi Qazaxıstanın Manqistau əyalətində Özbəkistan və iki Azərbaycan vətəndəşını yaxalayıblar, onlar "UAZ" maşını ilə icazəsiz dövlət sərhəd məntəqəsini keçməyə cəhd ediblər.

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidmətinin (MTK SX) çərşənbə günü yayılan pres-relizində verilən məlumata əsasən, xarici vətəndaşlar respublikanın dövlət sərhədini "qanunsuz ov və Xəzər dənizinin Qazaxıstan hissəsində balıq tutmaq" məqsədilə pozublar.

Pres-relizə əsasən, tutulanların maşınlarına baxış zamanı 16 kalibrli yivsiz lüləli silah, 174 güllə, 4 "Yamaxa-200 " motoru, "Proqress" qayığı, balıqtutma toru, 3 ov bıçağı və 300 litr benzin müsadirə edilib.

Xəbər lenti

Xəbər lenti