...

V.Putin: Bolqarıstan Rusiya enerji resurslarının tranzitinə görə ildə 2,5 mlrd.dollar qazana bilər

Dünya xəbərləri Materials 15 Mart 2007 17:46 (UTC +04:00)

RBK . -nın məlumatına görə, Bolqarıstan Rusiya enerji resurslarının tranzitinə görə ildə 2,5 mlrd.dollar qazana bilər, deyə RF-ın prezidenti Vladimir Putin Afinada Bolqarıstanın baş naziri Sergey Stanişevlə görüşündə bildirib.

"Vesti -24" telekanalının xəbərinə görə, Rusiya dövlətinin başçısı həmçinin qeyd edib ki, Bolqarıstanın tranzit baxımından rolu və əhəmiyyəti inkişaf edəcək. V.Putinin sözlərinə görə, əgər iki ölkənin korporasiyaları arasındakı razılaşma həyata keçirilərsə, Bolqarıstan qeyd edilən vəsaiti o zaman əldə edəcək.

Xəbər lenti

Xəbər lenti