...

Ukrayna və AB viza rəsmiləşdirilməsinin sadələşdirilməsi razılaşmasını iyunda imzalaya bilər

Dünya xəbərləri Materials 16 Mart 2007 18:51 (UTC +04:00)

Ukrayna, Kiyev /müxbir. Trend Z.Novosvitskiy/ Ukraynanın Avrona Birliyində (AB) səfiri Roman Şnek istisna etmir ki, Ukrayna və AB arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə razılaşma iyunun 18-də AB-Ukrayna əməkdaşlıq Şurasının iclası çərçivəsində imzalana bilər.

Bu barədə o, martın 16-da "İzvestiya" qəzetinə müsahibəsində deyib.

"Əgər gözlənilməyən bir şey baş verməsə, biz istəyərdik ki, razılaşma iyunun 18-də AB-Ukrayna əməkdaşlıq Şurasının iclası çərçivəsində imzalansın" - deyə səfir bildirib.

Trend in Kiyevdəki xüsusi müxbirinin məlumatına əsasən, Şnekin sözlərinə görə, hazırda Ukrayna və AB ölkələrində sənədin imzalənməsı üçün lazımi prosedurlar davam edir.

Şnek bildirib ki, sənəd imzalandıqdan sonra Avropa parlamentlərində baxılmalıdır. "Buna görə də güman etməyə ciddi əsas var ki, cari ilin sonunadək bütün hüquqi prosedurları həll etmək mumkun olacaq. 2008-ci il yanvarın 1-dən qanun qüvvəyə minir" - səfir deyib.

Verilən məlumata görə, Ukrayna və Avropa Birliyi 27 oktyabr 2006-cı ildə Helsinkidə AB-Ukrayna 10-cu sammiti çərçivəsində viza rejiminin sadələşdirilməsi barədə müqaviləni təsdiqləyibilər.

Xəbər lenti

Xəbər lenti