...

KXDR-in nüvə proqramı üzrə danışıqların altıncı raundu Pekində başlayıb

Dünya xəbərləri Materials 19 Mart 2007 11:02 (UTC +04:00)

Rusiya, ABŞ, Çin, Koreya Respublikası, KXDR və Yaponiyanın yüksək vəzifəli diplomatları bazar ertəsi günü Pekində Şimali Koreyanın nüvə proqramının ləğv olunmasına həsr olunmuş altıtərəfli danışıqların altıncı raunduna toplaşıb.

Danışıqlarda ABŞ-ın təzyiqi ilə Makaodakı bankda KXDR-in dondurulmuş 24 milyon dollar hesabının qaytarılması məsələsinin həll olunması gözlənilir. Bununla belə, KXDR-in nüvə silahsızlaşdırılması üzrə tədbirlərin birinci mərhələsinə yol açıla bilər. Bu barədə RİA Novosti məlumat verib.

Fevralın 13-də danışıqların ötən raundunda Şimali Koreya nüvə obyektlərinin Pxenyana energetika yardımı və onun münasibətlərinin Vaşinqton və Tokio ilə normallaşdırılması əvəzində iki aylıq müddətə bağlanması razılığı əldə olunub.

Şimali Koreya hesabları 2005-ci ilin sentyabrında ABŞ Maliyyə Nazirliyinin tələbi ilə dondurulub. Makao bankı Şimali Koreya rəhbərliyinin qeyri-qanuni fəaliyyətinə dəstək verməkdə günahlandırılıb. Amerikanın bu addımı Koreya yarımadasının denuklearizasiyası üzrə altıtərəfli danışıqların keçirilməsinə maneələr yaradıb.

Xəbər lenti

Xəbər lenti