...

Gürcüstan, Rusiya və Ermənistanda yaşayan jurnalistlər üçün treninq keçiriləcək

Dünya xəbərləri Materials 30 Mart 2007 14:52 (UTC +04:00)

Gürcüstan, Bakı/ Trend müxbir N.Kirtsxaliya/ Beynəlxalq Jurnaslist Mərkəzi (ICFJ) və Qafqaz Jurnalist Mərkəzi (CCFJ) Gürcüstan, Rusiya və Ermənistanda yaşayan jurnalistlər üçün ətraf mühitin mühafizəsi məsələlərilə bağlı 5 günlük treninq keçirəcək.

Trend in Tiflisdəki xüsususi müxbirinin bildirdiyinə görə, may ayının 1-5-də Borjomidə təşkil olunacaq treninqləri (işçi dili rus dili) gürcü və əcnəbi ekspertlər keçirəcək.

Jurnalistlərin Borjomi və Borjomi-Xaraqaul milli parkları ilə tanış olmaq imkanları olacaq. Layihənin şərtlərindən birinə uyğun olaraq, treninqin gedişi zamanı jurnalistlər ən azı bir material hazırlamalı və yaxın gələcəkdə yazacaqları bir neçə mövzunu fikirləşməlidirlər. İlin sonunda isə jurnalist işləri arasında müsabiqə keçiriləcək və ən yaxşı üç müəllif pul mükafatı ilə təltif olunacaq.

İştirakçıların yol, qida və qalma haqlarını təşkilatçılar ödəyir.

Borjomi görüşündən sonra analoji treninq Azərbaycanda təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti