...

V.Yuşşenkonun RF-yə səfəri 3 aprel 2007-ci il tarixinə planlaşdırılıb

Dünya xəbərləri Materials 31 Mart 2007 10:34 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşşenkonun Rusiyaya səfəri 3 aprel 2007-ci il tarixinə planlaşdırılıb.Bu barədə Ukrayna xarici işlər naziri Arseni Yatsenyuk mətbuat konfransında məlumat verib. "Aprelin 3-də Ukrayna prezidentinin Rusiya Federasiyasına səfəri baş tutacaq və mən prezidentlə birgə Rusiyaya yola düşəcəm", deyə o bildirib.

Nazirin sözlərinə görə, Rusiya Ukrayna üçün "son dərəcə vacib əməkdaş" olaraq qalır. "Ukrayna-Rusiya münasibətlərinə yalnız bir vahid yanaşma mövcuddur: qarşılıqlı proqmatik və düzgün qurulmuş, proqnozlaşdırılmış münasibətlər", deyə nazir qeyd edib.

Xatırladaq ki, V.Yuşşenkonun RF-yə səfəri fevralın sonuna planlaşdırılmış, sonra tarix martın ortalarına təyin olunmuş, lakin həmin vaxt da səfər baş tutmamışdı. Gecikmənin səbəbləri dəqiqləşdirilmir. Bu barədə RBK məlumat verib.

Səfər çərçivəsində 2007-2008-ci illər üçün dövlətlərarası komissiyanın ikitərəfli fəaliyyət planının imzalanmasının baş tutacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti