...

Gürcüstanda məktəbin girəcəyinə bankada yeni doğulmuş körpə atıblar

Dünya xəbərləri Materials 2 Aprel 2007 15:39 (UTC +04:00)

Qori şəhərindəki 2 nömrəli ümumtəhsil məktəbinin qarşısında içərisində məhlul olan üçlitrlik bankada körpə meyiti aşkarlanıb. KAVKAZ-PRESS-in bölgə müxbirinin məlumatına görə, gözətçilər səhər-səhər sellofana bükülmüş banka görüblər, bu, onlarda şübhə doğurub və ehtiyatla bağlamanı açarkən orada yeni doğulan körpə aşkara çıxarıblar.

Gözətçilər növbətçi polis xidmətini çağırıblar və onlar tapıntını aparıblar. İlkin məlumatlara görə, bu, naməlum səbəbdən məktəbin qarşısına atılan tibbi-təcrübi eksponatdır. Məktəb direktorluğu bu hadisədən riqqətə gəlib. Fakt üzrə tədqiqat işi aparılır, polislər körpəni atan adamları axtarır.

Xəbər lenti

Xəbər lenti