...

Ukrayna prezidenti: Siyasi böhranın nizama salınmasında hər hansı güc müdaxiləsi yolverilməzdir

Dünya xəbərləri Materials 3 Aprel 2007 17:19 (UTC +04:00)

"Siyasi böhranın nizama salınmasında hər hansı bir güc müdaxiləsi yolverilməzdir". Bunu Ukrayna prezidenti Viktor Yuşenko güc nazirlikləri rəhbərləriylə görüşdə bildirib. Məlumatı RBK - a prezidetin mətbuat xidmətinə istinadən verir.

"Arxasında on minlərlə hərbiçinin durduğu başçılar, sizə müraciət edirəm: bizdə olan böhran siyasi xarakter daşıyır" - deyə prezident bildirib və qeyd edib ki, siyasətçilər böhranı siyasi yolla həll etməlidirlər. Yuşenko güc strukturlarının rəhbərlərini heç bir səfərbərlik tədbirlərinin keçirilməməsinə çağırıb və bildirib ki, ölkədə vəziyyət demokratik yolu seçməyi məsləhət görür. "Sizin vəzifəniz siyasətdə olmamağı tələb edir. Əgər söhbət siyasi maraqlarından asılı olmayaraq insanları zorakılıqdan, hədə-qorxudan, qarşıdurmadan necə qorumaqdan gedərsə, o zaman sizin mövqeyiniz güclü olmalıdır. Budur, sizin öhdəliyiniz və vəzifəniz "- deyə Yuşenko bildirib.

Xəbər lenti

Xəbər lenti