...

Ukrayna Baş Prokurorluğu Ali Radanın qəbul etdiyi qanun barədə məsələyə baxmayacaq

Dünya xəbərləri Materials 4 Aprel 2007 15:57 (UTC +04:00)

Ali Radanın qəbul etdiyi qanunlar Ukrayna Baş Prokurorluğunun səlahiyyətində deyil. Bu barədə məlumata hökumətin iclasında çıxışı zamanı baş prokurorun müavini Tatyana Kornyakova verib. RBK-Ukraina "-nın yaydığı xəbərə görə, o, Ukrayna prezidenti Viktor Yuşenkonun bu məsələylə bağlı Baş prokurorluğa müraciət etdiyini təsdiq edib. Kornyakovanın sözlərinə görə, Ukraynanın baş prokuroru Aleksandr Medvedko prezidentə cavabında qeyd edib ki, Baş Prokurorluq prezident katibliyi kimi Ali Radanın da fəaliyyətinə nəzarət etmir. "Bu məsələ Konstitusiya məhkəməsinin səlahiyyətindədir. Bu, baş prokurorluğun mövqeyidir" - deyə Kornyakova bildirib.

2007-ci il aprelin 2-də Ali Rada konstitusiya hüquq qaydalarını təhdid edən, Ukraynada ictimai sabitlik və sakitliyin təmin edilməsi üçün təhlükəli olan hərəkətlərin qarşısının alınması haqqında qanun qəbul edib.

Xəbər lenti

Xəbər lenti