...

Gürcüstanın Batumi limanına 4 günlük səfərlə Fransanın hərbi gəmisi gəlir

Dünya xəbərləri Materials 12 Aprel 2007 15:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Aprelin 16-da Batumi limanına 4-günlük səfərlə Fransa Hərbi Dəniz Qüvvələrinin "Komandant Buan" gəmisi gələcək. Bu barədə Fransanın Tbilisidəki səfirliyindən məlumat veriblər. Bu səfər Fransa ilə Gürcüstanın hərbi sahədəki əməkdaşlığı çərçivəsində gerçəkləşəcək.

Gəminin qarşılanması mərasimində Fransanın Gürücstandakı elçisi Filipp Lefor iştirak edəcək. Səfər proqramına əsasən gəmi komandanlığının və Fransa səfirinin Gürcüstan Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələrinin yüksək çinli nümayəndələri, habelə yerli əhali ilə görüşləri nəzərdə tutulur. Batumi sakinləri aprelin 17-18-də gəmiyə baxmaq imkanı qazanacaqlar. "Komandant Buan" gəmisinin Batumi limanından yola salınma mərasimi aprelin 19-da keçiriləcək.

Məlumat üçün bildirək ki, "Komandant Buan" aprelin 10-dan Qara dəniz akvatoriyasında keşik çəkir. Fransa donanmasının 35 gəmisi daimi olaraq dünyanın bütün dənizlərində keşik çəkirlər. Su altında isə ən azı 1 nüvə sualtı gəmisi keşik çəkir.

Xəbər lenti

Xəbər lenti