...

Axalkalakidən Rusiya hərbi texnikasının çıxarılması prosesi bərpa edildi

Dünya xəbərləri Materials 12 Aprel 2007 15:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi / müx. Trend N.Kirtsxalia/ Bu gün Axalkalakidə yerləşən Rusiya hərbi bazasından hərbi texnikanın çıxarılması prosesi bərpa edilib. Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata əsasən, aprelin 12-dən mayın sonunadək Axalkalakidən Rusiyanın Gümridəki (Ermənistan) bazasına texnika və bazanın mülkü ilə dolu 6 avtokolon yola düşəcək. Yerdə qalan texnika isə dəmir yolu vasitəsilə Rusiya ərazisinə daşınacaq.

Rusiya hərbi texnikası ilə yüklü kolon artıq Gürcüstanın Ermənistanla sərhəd zonasında (Ninosminda) yerləşir və hazırda gömrük-sərhəd nəzarətindən keçir.

Məlumat üçün bildirək ki, iyulun 1-dək Axalkalaki bazasında xidmət edən rus hərbçilərinin çıxarılması və buradakı obyektlərin Gürcüstan Müdafiə Nazirliyinə təhvil-təslim prosesi yekunlaşmalıdır. Artıq bazadakı bütün ağır texnika Ermənistan və Rusiyaya daşınıb. İndi isə avtotexnika və bazanın mülkiyyətinin qalan hissəsinin çıxarılması qalıb.

Rusiyanın Batumidəki hərbi bazasına gəldikdə isə burada iki il əvvəl başlayan texnikanın çıxarılması prosesi yaxın zamanlarda bərpa olunacaq və mərhələli şəkildə gələn il yekunlaşdırılacaq. Batumidəki baza 2008-ci il oktyabrın 1-nə kimi bağlanacaq.

Xəbər lenti

Xəbər lenti