...

Ali Rada Ukrayna və AYİB arasında Kiyev-Çop avtomobil yolunun təmiri üçün 200 mln. avroluq kredit sazişini ratifikasiya edib

Dünya xəbərləri Materials 13 Aprel 2007 16:29 (UTC +04:00)

Ukrayna,Kiyev/müxbir Trend Z.Novostiski/Ali Rada "Ukrayna və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında kredit sazişinin ratifikasiyası haqqında" ("Kiyev-Çop avtomobil yolunun təmiri" üçüncü layihəsi) qanunu qəbul edib.

Bu sazişlə Ukrayna tərəfindən AYİB-dən 15 il ərzində (dörd güzəşt ili) EURIBOR+1%-lə 200 mln. avro məbləğində kreditin cəlb olunmasını nəzərdə tutur.

Kiyev-Çop yolunun təmiri üçün lazım olan məbləğ 677,5 mln. avro məbləğində qiymətləndirilir.

Daha 200 mln. avronu Ukrayna bu gün danışıqlar aparılan Avropa İnvestisiya Bankından əldə etmək niyyətindədir. Qalan 277,5 mln. avronun Ukravtodor şirkətinin şəxsi vəsaitləri hesabına maliyyələşdirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti