...

Türkiyə prezidenti Konstitusiyaya dəyişikliklərə veto qoya bilər

Dünya xəbərləri Materials 10 May 2007 16:38 (UTC +04:00)

Türkiyə, Ankara /müx. Trend A.Ələsgərov/ Türkiyə prezidenti Əhməd Necdət Sezər professor Nürəddin Abaçıoğlunin rəhbərlik etdiyi "Qazi" universitetinin müəllimlərindən ibarət nümayəndə heyəti ilə görüşü zamanı onlara respublikanın əsas prinsipləri və demokratik, dünyəvi, sosial-hüquqi ölkənin əsaslarının müdafiəsinə görə minnətdarlığını ifadə edib.

Abaçıoğlu bildirib ki, Sezərlə görüş zamanı həmçinin Türkiyə Konstitusiyasına mümkün dəyişikliklər, konkret olaraq ölkə prezideytinin birbaşa ümumxalq səsverməsi yolu seçilməsinin mümkünlüyü müzakirə olunub.

Abaçıoğlunun sözlərinə görə, Konstitusiya sahəsində mütəxəssis olan prezident Sezər parlament sisteminin mövcudluğu şəraitində ümumxalq səsverməsini doğru saymır.

Prezidentin fikrincə, seçkilərə qalmış qısa müddət ərzində məsələnin müzakirəyə çıxarılması doğru deyil və bu problem daha çox vaxt tələb edir.

Sezərin son bəyanatı Ankaranın siyasi dairələrində prezidentin iqtidar partiyasının Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı təşəbbüsünə veto qoyacağına işarə kimi başa düşülür.

Xəbər lenti

Xəbər lenti