...

Böyük Britaniyanın baş naziri Qordon Braun İsraili dəstəkləyir

Dünya xəbərləri Materials 6 Avqust 2007 19:11 (UTC +04:00)
Böyük Britaniyanın baş naziri Qordon Braun İsraili dəstəkləyir

İsrail, Qüds / Trend müxbir Y.Mişiyev/ Böyük Britaniyanın baş naziri Qordan Braun İsraili dəstəkləyir. Bu barədə ingilis dilli "The Guardian"a istinadən "Arutz sheva" agentliyi məlumat yayıb.

Qordon Braun baş nazir vəzifəsinə seçiləndən az sonra elan edib ki, Jewish National Fund (UK) britaniya-yəhudi fondunun patronu olacaq.

O bunu prezident Buşla görüşmək üçün ABŞ-a səfərinə qədər bəyan edib və bununla da İsrail-Fələstin münaqişəsində hansı tərəfə simpatiyasının olduğunu anlamağa imkan verib.

Xəbər lenti

Xəbər lenti