...

Pərviz Müşərrəf: "ABŞ-in Pakistana qoşun yeridə bilməsi baradə bəyanatı terrorizmlə mübarizədə qeyri-produktivdir

Dünya xəbərləri Materials 7 Avqust 2007 20:28 (UTC +04:00)
Pərviz Müşərrəf: "ABŞ-in Pakistana qoşun yeridə bilməsi  baradə bəyanatı terrorizmlə mübarizədə qeyri-produktivdir

ABŞ-in bu yaxınlarda Pakistanda terrorizm əleyhinə əməliyyatların aparılması barədə bəyanatı terrorizmlə mübarizədə əks təsirə gətirib çıxara bilər. Pakistan prezidenti, general Pərviz Müşərrəf belə bir bəyanatla çıxış edib, "RBK"nın "Assosiated Press"ə istinadən yaydığı məlumatada belə deyilir.

Müşərrəf bəyan edib ki, İslamabad terrorizmlə mübarizəyə sadiq qalır, lakin, qeyd edib ki, "yalnız Pakistanın təhlükəsizlik qüvvələri ölkə ərazisində terrorizm əleyzinə əməliyyatlar apara bilər".

"ABŞ-in Pakistana qoşun yeridə bilməsi baradə bu yaxınlarda etdiyi bəyanatı əks təsirə malik ola bilər və beynəlxalq terrorizmlə mübarizədə hər iki ölkənin səylərinin birləşdirilməsinə mənfi təsir göstərə bilər" - deyə Müşərrəf bildirib.

Bundan əlavə Müşərrəf ötən həftə ABŞ prezidenti Corc Buş tərəfindən imzalanan qanun layihəsi ilə bağlı narazılığını bildirib. Qanun layihəsinə əsasən, bundan sonra Pakistana göstərilən maliyyə yardımı mütləq ABŞ konqresi tərəfindən təsdiq olunmalıdır. Bu Pakistanın həqiqətən də öz ərazisində "Əl Qaidə" terrorist şəbəkəsi və "Taliban" radikal islam hərəkatına qarşı mübarizədə irəli doğru addımlar atmasınnın bir sübutu ola bilər.

Qeyd edək ki, cari ilin avqustun 6-sı Corc Buş bəyan edib ki, Amerika vəPakistanın hərbi qüvvələri ölkənin Əfqanıstanla sərhədindəki dağlıq ərazilərində gizləndiyi güman edilən "Əl Qaidə" döyüşüçülərinə qarşı uğurlu əməliyyat apara bilər.

Xəbər lenti

Xəbər lenti