...

Gürcüstanın Dövlət naziri: Sergey İvanovun Gürcüstana qarşı kompleksləri yaranıb

Dünya xəbərləri Materials 13 Avqust 2007 16:25 (UTC +04:00)
Gürcüstanın Dövlət naziri: Sergey İvanovun Gürcüstana qarşı kompleksləri yaranıb

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtrsxalia/ Rusiya Federasiyası baş nazirinin birinci müavinində Gürcüstana münasibətdə aşkar komplekslər hiss olunur. Bu barədə jurnalistlərə bazar ertəsi Gürcüstanın münaqişələrin tənzimlənməsi üzrə dövlət naziri David Bakradze bildirib.

O, Rusiya Federasiyasının baş nazirinin birinci müavini Sergey İvanovun Gürcüstan ərazisinin Rusiya hərbi təyyarəsi tərəfindən bombalanması ehtimalı ilə bağlı dünənki bəyanatını bu cür şərh edib. İvanov bəyan edib ki, bu atəşlə bağlı bütün hekayə "pis qurulmuş tamaşadır".

"İvanovun Gürcüstana münasibətdə aşkar kompleksləri müşahidə olunur, görünür onun Gürcüstana qarşı bu cür yanaşmaqda şəxsi səbəbləri var", - deyə Bakradze hesab edir. O qeyd edib ki, bu bəyanat "əxlaq qaydalarına ziddir" və onun bu cür şərhlər etməyə ixtiyarı yoxdur.

Dövlət Naziri İvanovun antigürcü kampaniyasını daavam etdpirməslindən təəssüf hissini bildirib.

"Bu çətin ki, onun mövqeyi ilə bağlı olsun. Bu onun Gürcüstana qarşı şəxsi ədavətindən irəli gəlir",-deyə Bakradze əminliyini bildirib.

O qeyd edib ki, bəzi qonşu dövlətlərdən fərqli olaraq Gürcüstanın öz dinc sakinlərini hərbi hərəkətlərin başlanmasına çağıracaq hökuməti yoxdur. "Bizdə məsələlərə bu cür yanaşmanın qəbul olunmadığı demokratik ölkədir", - deyə o söyləyib.

Xəbər lenti

Xəbər lenti