...

Gürcüstan XİN hava məkanının Rusiya tərəfindən yenidən pozulması faktı barədə bəyan edib

Dünya xəbərləri Materials 22 Avqust 2007 20:28 (UTC +04:00)

Gürcüstan, Tiflis / Trend müxbir N.Kirtsxalia/ Gürcüstanın hava məkanı növbəti dəfə Rusiya tərəfindən pozulub.

Gürcüstan XİN mətbuat və informasiya departamentindən bildiriblər ki, Gürcüstanın xarici siyasət idarəsi etiraz notası ilə Rusiya XİN-ə müraciət edərək təcili və aydın cavab tələb edib.

Gürcüstan XİN-in məlumatlarına görə, Gürcüstanın hava məkanı avqustun 21-də 18.46 - 18.49-da pozulub.

Gürcüstanın hava qüvvələri bu zaman Rusiya Federasiyası tərəfindən Gürcüstanın hava məkanına Omarişara kəndi (kodor dərəsi) ərazisindən, şimal qərb istiqamətində Hgürcüstanın hava məkanına iki dəfə daxil olma qeydə alıblar (Təyyarənin uçuş hündürlüyü 4000 metr, sürəti 470-490 km/saat, daxil olma 5 km.).

Xəbər lenti

Xəbər lenti