...

Razılaşdırma komissiyalarının görüşü olacaq

Siyasət Materials 25 Oktyabr 2005 14:39 (UTC +04:00)

"Azadlıq" və "Yeni Siyasət" (YES) seçki blokları tərəfindən yaradılan razilaşdırma komissiyalarının rəhbərləri görüşəcəklər". Bu barədə Trend ə "YES"in təsisçilərindən olan Azərbaycan Milli İstiqlal Partiyasının sədri və həmin blokun razılaşdırma komissiyasının rəhbəri Əli Əliyev bildirib.

"Azadlıq" seçki blokundan isə razılaşdırma komissiyasına Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu rəhbərlik edir. Ə.Əliyev bildirib ki, görüş oktyabrın 24-də nəzərdə tutulmuşdur: "Lakin "Azadlıq" blokunun Sədrlər Şurasının toplantısı olduğundan Sərdar Cəlaloğlu ilə görüşə bilmədim. Ola bilsin ki, oktybarın 25-də görüşək".

Qeyd edək ki, razılaşdırma komissiyalarının yaradılmasında məqsəd hər iki blok arasında əməkdaşlıq barədə müqavilə layihəsini müzakirə etməkdir.

Onu da bildirək ki, "Azadlıq" blokunun rəhbərəlri heç bir məsələni müzakirə etmədən "YES" bloku ilə əməkdaşlıq etmək niyyətindədirlər. Ancaq "YES" bir qədər fikirləşməyi qərara alıb.

Xəbər lenti

Xəbər lenti