...

Fərhad Abdullayev: Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını təminat altına alan mükəmməl sənəddir

Siyasət Materials 11 Noyabr 2005 18:11 (UTC +04:00)
Fərhad Abdullayev: Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını təminat altına alan mükəmməl sənəddir

Azərbaycan Respublikasının Konstitusiyası ilk növbədə insan hüquq və azadlıqlarını təminat altına alan mükəmməl bir sənəddir. Trend in məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya gününün10 illiyi münasibətilə keçirilən konfrans zamanı çıxışında söyləyib.

"Müstəqillik əldə olunduqdan sonra sabitliyi və ictimai asayişi təmin etmək, eyni zamanda vətəndaş cəmiyyətini qurmaq üçün möhkəm hüquqi baza tələb olunurdu. Belə bir sənəd 12 noyabr 1995-ci il tarixdə referendum yolu ilə qəbul olunan, müəllifi və yaradıcısı görkəmli dövlət xadimi, Azərbaycanın ümumilli lideri Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyasıdır. Bu sənəd vətəndaşın siyasi hüquqları baxımından əsas hüquq və azadlıqların mühüm tərkib hissəsini təşkil edir" - deyə məhkəmə sədri qeyd edib.

F.Abdullayevin sözlərinə görə, siyasi hüquqlar hər şeydən əvvəl vətəndaşların öz siyasi müqəddəratını təyin etməsində, azad seçki yolu ilə ali hakimiyyət orqanlarının formalaşmasında özünü parlaq şəkildə biruzə verir. F.Abdullayev: "Bu isə demokratiyanın klassik şərti olan hakimiyyətlər bölgüsü prinsipi ilə birbaşa bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyası bu əsas hüququ tənzimləmək baxımından istisna deyil".

Xəbər lenti

Xəbər lenti