...

"Jurnalistika"ya qəbul olmaq istəyənlər üçün keçirilən imtahanın nəticələri açıqlandı

Cəmiyyət Materials 3 Avqust 2015 15:39 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 31-də 2015/2016-cı tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirdiyi qabiliyyət imtahanının nəticələrini açıqlayıb.
"Jurnalistika"ya qəbul olmaq istəyənlər üçün keçirilən imtahanın nəticələri açıqlandı

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 31-də 2015/2016-cı tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirdiyi qabiliyyət imtahanının nəticələrini açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər avqustun 3-ü saat 15:20-dən etibarən öz elektron ərizələrinə daxil olaraq (https://eservices.tqdk.gov.az/netbakjur/?frm=egov) imtahan nəticələri və yazdıqları inşaların qrafik təsviri ilə tanış ola bilərlər.

İmtahanda iştirak etmək hüququ qazanmış 341 abituriyentdən 178 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 163 abituriyentdən 57 nəfəri məqbul qiymət alıb. Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. 2 abituriyentin nəticəsi imtahan qaydalarını pozaraq inşa yazılarında özünü tanıdıcı xarakterli məlumat yazdıqları üçün ləğv edilib.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı, "Jurnalistika" ixtisasını da seçə bilərlər.

TQDK-da abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 5-də (saat 10:00-dan 17:00-dək) apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək istəyənlər avqustun 4-də şəxsiyyət vəsiqələrini şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Apelyasiya komissiyası TQDK-nın A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (Asiya Universitetinin binası) təşkil olunacaq.

Qeyd edək ki, növbəti tədris ili üçün "Jurnalistika" ixtisasına 198 plan yeri ayrılıb. Onlardan 90 yer dövlət sifarişli, 108 yer isə ödənişli əsasladır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti