...

Taxıl Kombinatının direktorunun qatilləri məlum oldu - qətl planını qadın hazırlayıb

Cəmiyyət Materials 26 Yanvar 2016 11:01 (UTC +04:00)
Bakıda qətlə yetirilən Taxıl Kombinatının direktoru Qalib Bağırovun qətli ilə bağlı 3 nəfər saxlanılıb.
Taxıl Kombinatının direktorunun qatilləri məlum oldu - qətl planını qadın hazırlayıb

Bakı. Samir Əli - Trend:

Bakıda qətlə yetirilən Taxıl Kombinatının direktoru Qalib Bağırovun qətli ilə bağlı 3 nəfər saxlanılıb. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinənlər Mahnurə Heydərəli qızı Hüseynova, Ehtiram Hətəm oğlu Həsənov və Mübariz Soltanağa oğlu Əliyevdir. Məlumatda bildirilir ki, M.Hüseynova mərhumun tanışı olub. Qətl planı da onun iştirakı ilə hazırlanıb.

Məlumatda qeyd olunur ki, Q.Bağırovun tanışı M.Hüseynova mərhuma zəng vuraraq onunla görüşmək üçün evə gəlib, onun ardınca tanışları evə basqın edib və qətl hadisəsini törədiblər.

Xatırladaq ki, hadisə yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı bağ evində xüsusi amansızlıqla qətlə yetirilib. Kombinat direktoruna 8 bıçaq zərbəsi vurulandan sonra boğularaq qətlə yetirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti